İstirahət günlərində ölkədə baş verən qəzalarda 2 nəfər ölüb, 22 nəfər yaralanıb
İstirahət günlərində ölkədə 12 yol qəzası baş verib, 2 nəfər ölüb, 22 nəfər yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, fevralın 4-ü respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 17 nəfər yaralanıb.
Fevral ayının 5-də isə respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər yaralanıb.
Bütün hadisələrlə bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...