Ötən həftə Zığ qəsəbəsində 43 saylı binanın qarşısında baş verən uçqun hadisəsi sürüşmə ilə əlaqəli deyil
Bunu Trend-ə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, həmin ərazidə tikilən istinad divarın içində kollektor çəkmək istərkən həmin divar uçub: “Yəni qazılmış ərazidə uçqun baş verib. Bu, sürüşmə deyil”.
Qeyd edək ki, noyabrın 17-də Bakının Suraxanı rayonu Zığ qəsəbəsində, 43 saylı binanın qarşısında baş verən uçqun zamanı 1 fəhlə torpaq altında qalıb. Fəhlə xilas edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...