Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə yaxın vaxtlarda görüş keçirmək barədə razılığa gəliblər
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin həlli ilə bağlı yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüşmək barədə razılıq əldə ediblər”, – o deyib.
Digər xəbərlər
loading...