DÇ-2018-də bu gün “G” qrupunda Cənubi Koreya ilə Meksika milliləri qarşılaşıblar
Strateq.az xəbər verir ki, “Rostov Arena” stadionunda keçirilən oyunda Meksika millisi oyunun 24-cü dəqiqəsində penaltidən hesabı açıb. Velanın zərbəsi dəqiq olub – 1:0.
66-cı dəqiqədə isə Çiçarito ikinci qolu koreyalıların qapısından keçirib – 2:0.
90+2-ci dəqiqədə isə Cənubi Koreya möhtəşəm qolla fərqi azaldıb – 2:1.
Lakin koeryalıların bundan artığına gücləri yetçməyib və oyun Meksikanın qələbəsi ilə başa çatıb – 2:1
Bununla da Meksika millisi son İsveç oyunundan aslı olmayaraq, 1/8-ı vəsiqə qazanıbq. Koreya isə şansını itirib.
Xatırladaq ki, Meksika millisi birinci turda son dünya çempionu Almaniya millisini 1:0 hesabı ilə məğlub edib. Cənubi Koreya yığması isə İsveç komandasına 1:2 hesabı ilə uduzub.
MilliYol.Az
Digər xəbərlər
loading...