Azərbaycan manatının yanvarın 1-dən tam üzən tam məzənnəyə keçməsi gözlənilir. İki devalvasiyadan sonra dollarla götürülmüş kreditlərin ödənilməsində kifayət qədər ciddi problemlər var. Azərbaycan tam üzən məzənnə sisteminə keçdiyi təqdirdə və sabit məzənnə olmadığı şəraitdə dollarla götürülmüş kreditlərin ödənilməsi necə aparılacaq? Bu problem bank sektorunda problemli kreditlərin artmasına səbəb ola bilərmi?
Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənova müraciət edib.
Ekspertin fikrincə, əgər Azərbaycan tam üzən məzənnə sisteminə keçsə dövlət bəzi tədbirlər görməlidir. Belə ki, bunları etmədiyi təqdirdə yeni nəzənnə ilə vətəndaşlar kreditləri ödəməkdən imtina edəcək və bu da bank sektorunun çökməsinə səbəb olacaq:
"Birincisi Azərbaycanda tam üzən məzənnəyə keçirilmə 2017-ci ilin yanvarın 1-nə deyilib. Amma bu o demək deyil ki, üzən məzənnəyə keçirilmə 2017-ci ilin yanvarın 1-də reallaşacaq. Ola bilsin bu 2017-ci ilin lap axırında baş versin. Amma böyük ehtimalla bunun reallaşması çox çəkməyəcək. Bəli prinsipcə manatın tam üzən olması dolların qiymətini daha da artıracaq. Dollar krediti problemi olanların vəziyyəti ağırlaşdıracaq. Bugün onsuzda əksəriyyət bu kreditləri ödəmir.
Burada həm adi vətəndaşları, həm də sahibkarları nəzərdə tuturam. Vətəndaşların bir qismi kreditləri ödəniş qabiliyyət olmadığından ödəmir. Digər qismi isə bunu ədalətsiz hesab edir. Deyir ki, mən götürəndə dolların məzənnəsi 0.78 idi. İndi isə artıq dolların bazar dəyəri 1.80-dan yuxarıdır. Mən ehtimal edirəm ki, ödəniş qabiliyyəti olan adamlar bundan sonra ödənişi tam dayandıracaq. Onlarda bunu ədalətsiz hesab edəcəklər. Əgər hökumət bu şəraitdə bəzi qabqalayıcı tədbirlər görməsə, üzən manat şəraitində banklarımız tam çökəcək. Çünki heç kəs banklara olan borcunu ödəməyəcək.
Ən azı indiki kursla da olsa dollar kreditləri milli valyutaya keçirilməlidir. Heç olmasa sahibkar bilsin ki, krediti bundan sonra qalxmır. İkincisi də sahibkarlara nisbətdə adi vətəndaşlara dollar kreditləri üzrə cari məzənnə yox, hansısa optimal orta məzənnə müəyyən olunmalıdır. Vətəndaşlar da bunun müqabilində ödənişləri davam etdirsinlər. Və əgər bu olmasa mən qorxuram ki,heç kəs bu kreditləri ödəməyəcək. Aydın məsələdir ki, bankın kreditləri ödənilməsə öhdəliklərini icra edə bilməyəcək".
MilliYol.Az
Digər xəbərlər
loading...