Zuhal Topalın izdicav verilişində azərbaycanlı iştirakçılar Əli Əkbərlə Naz Mila barışıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazın yalanlarından və fikrini tez-tez dəyişməsindən bezib Bakıya qayıdan Əli dünən verilişə qatılıb. Əli Bakıya qayıtma səbəbini Nazın dəyişkən xarakteri ilə izah edib. Bundan başqa? Əli Əkbər Naza qarşı hisslərini gizlətməyib, aşiq olduğu üçün Naza yenidən şans vermək qərarına gəlib.
Xatırladaq ki, Əli Əkbər sözügedən verilişə sırf Naz Mila üçün getmişdi. Bir müddət sevgili olan cütlük yola getmədikləri üçün ayrılmağa qərar vermiş və onlar üçün gələn namizədləri qəbul edirdilər.
Habelə Naz Mila bir dəfə evli olub və onun bir qızı var. O, bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və bir gündən sonradan nişanı qaytarıb.
Məlumat üçün bildirək ki, Türkiyə KİV-ləri bu cür evlilik verilişlərində iştirakçıların ssenari üzrə hərəkət etdiyini, reytinqi qaldırmaq üçün gah küsüb, gah barışdığını, süni qalmaqallar yaratdığını və iştirakçılara bunun müqabilində pul verildiyini iddia edir. Bu yaxınlarda Esra Erolun, Zuhal Topalın və Səda Sayananın apardığı evlilik verilişləri milli, mənəvi dəyərlərə qarşı çıxdığı üçün yüksək məbləğdə cərimələnib.
MilliYol.Az
Digər xəbərlər
loading...