Müğənni Hadisə “O səs Türkiyə” iştirakçısı Dodan Özerlə sevgili olması xəbərlərinə cavab verib
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı haqqında çıxan xəbərləri təkzib edib:
“Ötən il qalib olan Dodanla verilişin çəkilişi zamanı çədirdiyim və paylaşdığım fotonun bu yerə gəlməsini təəccüblə izləyirəm. Prinsip olaraq, yazılanlara cavab verməyə enerji sərf etmək yerinə, diqqətimi işimə yönləndirməyi üstün tuturam.
Özünü tanımayan bir neçə nəfər məsələni fərqli yönə çəkib. Hər kəsin şəxsi həyatı, ailəsi var. Dodanla gözəl dostluğumuz mövcuddur. Yarışma zamanında olduğu kimi, ona musiqi sahəsində dəstək olmağa davam edəcəyəm”.
Xatırladaq ki, Hadisə bir müddət əvvəl açıqlamasında “Tək deyiləm. Həyatımda biri var”, deyə vurğulamışdı və ondan sonra Özerlə fotolarını sosial media hesabında paylaşmışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...