Xalq artisti Flora Kərimova növbəti dəfə yıxılıb
Axşam.az xəbər verir ki, bu barədə xalq artisti “ATV Maqazin onlarla”da danışıb:
“Bu dəfə arxası üstə yıxıldım və fəqərə sütununun biri sındı, ancaq sürüşmədi, yerində qaldı. Hamam vannasında sürüşüb yıxıldım. Yaqutu (köməkçisi – red.) çağırmaq istəyirdim, nəfəsim gəlmirdi. Mən bilirəm, sevinənlər də oldu. Ha gözlədilər, ölüm, gördülər ki, yox, ölmürəm. Mən həmin vannanı “vanna-qatil” adlandırmışam. Görsəniz, dəli olmuşam, bilin ki vannadandır. İnsultdan sonra pis görməyə başladım. Gözümdən də əməliyyat olundum.
Flora Kərimova haqqında film çəkildiyini də deyib:
“Sənətim haqqında Nigar xanım film çəkir. Elə şeyləri tapıb çəkir ki, özüm də məəttəl qalıram. Bu yaxınlarda premyerası olacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...