Beyləqan pambıqçıları pulunu ala bilmir - İnam Kərimova müraciət Beyləqanın icra başçısı 40 yaşında ali məktəb bitirib, necə professor oldu? Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir? Neftçalanın Qoltuq kəndində nə baş verir: otlaq sahələri niyə şumlanır? (FOTOLAR)
 

Yevda Abramov: “Bu hadisələrin dalbadal baş verməsi təsadüf də ola bilər”

Tarix 12.07.18, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


“Bu hadisələrin dalbadal baş verməsi təsadüf də ola bilər, birbaşa düşünülmüş akt da”


Bir müddət əvvəl əməliyyat olunan deputat, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yevda Abramovun səhhəti normaldır və o, Bakıda istirahət edir. Bu barədə millət vəkili “Yeni Müsavat”a müsahibəsində bildirdi. Adətən səs-küylü müsahibələri ilə ictimai rəyi özünə cəlb edən Yevda müəllimin xeyli müddətdir mətbuatdan kənarda qalması barədə sualımızın cavabında zarafatyana “Hər aşığın bir dövranı var” deyərək cavab verdi. Amma bəziləri kimi Gəncə və Mingəçevir olaylarına da münasibətini açıqlamaqdan imtina etmədi: 

- Bu hadisələr hər birimizdə narahatlıq doğurur. Bunlar gözlənilməz hadisələrdir. Gəncə Azərbaycanın böyük şəhəridir. Hamımızdan çox ölkə başçısı narahatdır.

- Yevda müəllim, Gəncə sui-qəsdi ilə bağlı çoxsaylı versiyalar səslənir. Gəncə hadisəsindən bəhs olunarkən daha çox xarici faktordan danışılır. Artıq istintaq da bu amilin üzərində işləyir. Sizin bununla bağlı məlumatınız, şərhiniz necədir?

- Mən hələlik konkret heç nə deyə bilmərəm. Ən dəqiq məlumatları istintaq orqanları verə bilər. Kim nə deyir-desin, biz istintaqa güvənməli, istintaqa istinad etməliyik. Çünki belə hadisələrlə zarafat etmək olmaz. Verilən hər bir yanlış məlumat insanların qəlbinə toxuna bilər, bumeranq effekti verə bilər. Ona görə də gözləmək lazımdır. Belə hadisələr bütün ölkələrdə baş verir. Amma baş verənləri təmkinlə qarşılamaq lazımdır. Burada ucuzluğa gedənlər var. Tələsik öz məqaləsini çap etmək istəyən, sensasiya yaratmaq istəyən jurnalist var. Görürsən heç oxunan qəzet deyil, lakin elə bir məqalə yazır ki, oxunaqlı olur. Bu yolla getmək lazım deyil. Bilirəm ki, siz çox təcrübəli jurnalistsiniz. İstintaq orqanları araşdıracaqlar, şübhəli şəxslər dindiriləcək. Gündəlik rəsmi məlumatlar verilir, kim tutulub, nə üçün tutulub, bütün bunlarla bağlı açıqlama yayılır. Ona görə də tələsmək lazım deyil. Vaxtilə Qubada da buna oxşar hadisə baş vermişdi. O zaman deyirdilər ki, əşi, oturmusan Bakıda, Qubadan xəbərin yoxdur. Deyirəm, ay bədbəxt, mən bu hadisənin ilk günlərində başçıya da, xalqa da yalvarmışdım. Deyiləsi sözlər çoxdur. Jurnalistlər elə bilirlər ki, biz heç nə bilmirik. Biz çox şey bilirik. Amma məsələ bundan ibarətdir ki, məlumatlar tam yoxlanılmalıdır. Lakin bunu yoxlamaq üçün deputat heç nə edə bilmir. Bu, konkret  istintaq orqanında işləyən adama tapşırılır və o məlumatlar deputatdan yox, ondan alınmalıdır. 

- Yevda müəllim,  Quba rayonunda “Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində bir nəfər dünyasını dəyişdi, yaralananlar var. Bəs bu hadisə haqda nə demək olar?

- Biri mənə zəng edib ki, Yevda müəllim, ola bilərmi ki, filankəsin oğlu mehmanxana tikəndə kanatlarda bir hiylə işlədib? Bu axmaq sualdır. Mən kanatda hiyləni haradan bilirəm? Sən istəyirsən ki, 2-3 manat pul qazanasan, məni filankəsin oğlu ilə üz-üzə qoyursan. Özü də o, bu gün respublikada dəbdə olan adam deyil. Nəyə lazımdır belə şeylər? Bir sifətlə doğulmuşuq, bir sifətlə də qəbirə getməliyik. Nəyə lazımdır? Hadisədir olub. Olmayaydı gərək. Faciədir, adam ölüb. İndi səbəbi nədir, bunu mütəxəssislər araşdırar, deyər. Terrordur, terror deyil, ya şəxsi qərəzlikdir, kiminsə başqası ilə haqq-hesabı olub, ya olmayıb, mən haradan bilim?

- Qubanın icra başçısı baş verən olaydan xəbərsiz kimi danışmışdı. Siz necə, kanat faciəsi ilə əlaqədar yaxından maraqlandınızmı?

- Əlbəttə. Mən kənd bələdiyyəsi, icra nümayəndəsi ilə əlaqə saxladım. Rəhmətə gedən oğlanın kəndi mənim ərazimə daxildir. İndi mövsümdür, turist doludur, oradakı uşaqlar da 15-20 manata işləyirlər. Görüblər ki, qonaqlar çıxıb, kanatın “tros”u boşdur, çıxıblar ora, hadisədir də, olub. İndi nədən olub, necə olub, ya pas atıb, bunu mən dəqiq deyə bilmərəm. Bu barədə mənim dilimdən hansısa fikri alıb yazmağa nə ehtiyac var?

- Yəni bütün versiyalar araşdırılmalıdır, terror versiyasından tutmuş, digərlərinə qədər...

- Bəli, hər şey araşdırılmalıdır və möhürlə, arayışla yekun rəy təqdim olunandan sonra mətbuat da istifadə edə bilər. Hər şey ola bilər. Səbəbsiz heç nə baş vermir. Səbəb var. Məsələn, hadisə baş verən mehmanxana çox “bərkgedən” mehmanxanadır. Mən bir ay yarım bundan qabaq zəng etdim ki, İsraildə çox məşhur professor var, imkan yaradın, o gəlsin bura. Dedilər, Yevda müəllim, oktyabrın 1-dək heç nə istəməyin.  Təsəvvür edin, doludur. Deyirlər ərəblər götürüblər oraları. Bəlkə elə naxələfin biri turizmin bu gözəl kefini pozmaq istəyib, nə biləsən? Amma mən bu faktı dəqiq araşdırmamışam, necə deyim? Odur ki, bütün versiyaların üzərində mütəxəssislər işləməlidir.  

- Dediniz deputatlar çox şey bilir. Mingəçevir qəzası barədə nə bilirsiniz?

- Mən nə bilirəmsə, müşavirələrdən, mətbuatdan bilirəm.

- Gəncə sui-qəsdi və “Azərenerji”də baş verən hadisələr arasında rabitə olduğu iddiası barədə nə deyə bilərsiniz?

- Bu, təsadüf də ola bilər, birbaşa düşünülmüş akt da. O da mümkündür ki, daxildə gərginlik yaratsınlar. Özü də Gəncə zonası elə də asan zona deyil. Gəncə bizim böyük şəhərdir. Həmçinin Azərbaycançılıq ənənələri olan şəhərimizdir. Dövlətçilik ənənələrimiz oradan başlayıb. Demokratik dövlətimizin rüşeymləri orada yaranıb. Mənə əvvəllər sual verirdilər ki, İsrail dövləti öz vətəndaşlarına “Azərbaycana getməyin” çağırışını edir, bu, nə olan şeydir, axı bizim ölkədə sabitlikdir? Deyirdim ki, niyə inciyirsiniz?  Nə qədər sabitlik olsa da, heç kəs, heç bir ölkə fors-majorlardan tam sığortalanmayıb. 

 - İcra başçısı Elmar Vəliyevin müalicə üçün İsrailə aparıldığı barədə xəbər yayılıb. Hətta deputat həmkarınız Fazil Mustafa da bu barədə danışıb. Sizdəki məlumatlar nədən ibarətdir?

- Fazil Mustafa mənim gözəl qardaşımdır, çox məlumatlı deputatdır. Əgər Elmar Vəliyev İsraildə olsaydı, bəlkə də birinci eşidənlərdən biri mən olardım. Amma nə ailə üzvlərimdən, nə uşaqlarımdam, nə dostlarımdan bu barədə nəsə deməyiblər. Mənim orada yüzlərlə dostlarım var, özüm orada yatmışam, gəlib mənə baş çəkiblər. Hər bir klinikada Qubadan, Bakıdan adam var. Çox məşhur adam olmasa da, tibb işçisi var, mənə zəng edərdilər ki, sizin bir məmurunuz bizdə müalicə olunur. Heç birindən zəng gəlməyib. Mənim özümün də xəstəxanaların bir neçəsi ilə daimi əlaqəm var.

- Konkret olaraq Haifa şəhərindəki Rambam klinikasının adı çəkilir...

- Dünən sabiq deputatlardan biri mənə zəng etmişdi ki, bir qohumumu Rambama aparmaq istəyirəm. O da ağır vəziyyətdədir, Allah ona da şəfa versin! Rambamda da mənim çox yaxın dostlarım var, amma onlardan heç biri mənə deməyib ki, sizin məmur buraya gətirilib.



Xəbərin oxunma sayı : 439

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

21 İYUL 2018

19:07 Acarıstanın yeni hökumət başçısı təsdiq olunub

18:17 Ermənistanın müdafiə naziri ordunu Naxçıvanla sərhədə topladı

18:03 “Putinin mövqeyi ciddidir, Moskvadan yenə təhlükə var”

17:49 Şəmkirdə ağır qəza: ölən var

17:33 Çimərliklərə gedənlərə xəbərdarlıq olundu

17:12 Prezident İlham Əliyev misirli həmkarını təbrik edib

16:44 “Qarabağ”ın albanlara qarşı oyununu norveçli hakimlər idarə edəcək

16:15 Zakir Həsənov döyüş hazırlığının artırılması üzrə tapşırıq verdi

16:00 Azərbaycanın şəhid olan əsgəri dəfn edilib - FOTO

15:50 Havanın temperaturu düşəcək, yağış yağacaq- Nazirlik

15:37 Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub, 1 nəfər məhv edilib

14:57 Merkel Azərbaycana səfər edəcək

14:50 “Rusdilli təbəqə Damlaya qulaq asmır“ - Elşad Xose

14:25 Merkel Azərbaycana səfər edəcək

14:05 Azərbaycan Ordusunun əsgəri şəhid olub

13:05 5 min tələbə təhsilini yarımçıq qoyub – Təhsil haqları yenə bahalaşdırılıb

12:38 Abşeronda ağır yol qəzası:1 nəfər faciəvi şəkildə ölüb, yaralananlar var

11:40 “Azərenenerji” açıqlama verib- Ötən gecə baş vermiş qəza ilə bağlı

10:50 Bakı-Quba yolu ilə hərəkət edən sürücülərə xəbərdarlıq edilib- Dövlət Agentliyi

10:20 Bakıda gənc oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib

10:12 Sarkisyanın şəxsi cangüdəni azadlığa buraxılacaq

20 İYUL 2018

23:59 Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatdı

23:47 Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli oldu

23:31 İsrail aviasiyası və tankları Qəzzaya zərbə endirdi

23:15 Bakıda yolu çökdürən zirzəmi sökülür - Video

22:53 Paşinyan: “Ermənistandakı korrupsiyanın həcmindən şoka düşmüşəm”

22:40 Şəkidə qəssablar tətil etdi – Yeni qaydalara etiraz edirlər

22:28 İlham Əliyevin Fransaya səfəri başa çatdı

22:14 İranın neft anbarında partlayış: ölənlər var

21:57 “Kamran Quliyev niyə istefa vermir?” - Aqil Abbas

21:44 Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”

21:30 Emmanuel Makronun adından Azərbaycan prezidentinin şərəfinə nahar verilib - Video

21:12 ABŞ Çindən gələn bütün mallara gömrük rüsumu tətbiq edə bilər

20:51 700 bal toplayan abituriyent: “Bir saata bütün sualları cavablandırdım”

20:39 Erməni çağırışçılar kütləvi dava saldılar

20:27 IV ixtisas qrup üzrə 700 bal toplayan gəncin FOTOsu

20:13 Bakıda ərəblərdən daha bir biabırçılıq – Video

19:57 Gürcüstanda fövqəladə hallar xidmətinin rəhbəri istefa verib

19:45 “BakuBus” avtobusları niyə gecikir?

19:31 Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib

19:15 Bakıda bağ sahəsində ağaclar yandı

18:51 Almaniyada piyadalara bıçaqla hücum edilib: 14 yaralı

18:39 Prezident kralı təbrik etdi

18:21 Taliblər əfqan polisinə hücum etdi: 12 ölü

18:09 Bu il müəllim işləmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən çox olub

17:55 Saatlıda 54 yaşlı kişinin meyiti aşkarlanıb

17:48 Nazir: “Təhsil sistemində hər il 3-5% yenilənməyə nail olunur“

17:44 Rihanna milyarder sevgilisindən ayrıldı

17:36 “51 azərbaycanlı Almaniyadan Azərbaycana deportasiya edilib”

17:32 Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

17:27 OPEC+ platforması əsasında yeni təşkilat fəaliyyyətə başlaya bilər

17:22 I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb

17:17 Beş Xəzəryanı ölkə Xəzər dənizi ilə bağlı protokol imzalayıb

17:13 Dolların iyulun 23-nə olan məzənnəsi

17:13 İtaliyalı nazir bank dələduzluğunda ittiham olunur

17:09 Sabiq Cənubi Koreya prezidentinə əlavə 8 il həbs cəzası verildi

17:05 Türkiyə və Hollandiya münasibətləri normallaşdırmaq barədə qərar qəbul edib

16:55 Ronaldu “Real Madrid”i İspaniyadakı yüksək vergi dərəcələrinə görə tərk edib

16:47 İstirahət günlərinin hava proqnozu açıqlanıb

16:40 “ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək“

16:35 Paşinyan ABŞ-a gedəcək

16:27 Prezident İlham Əliyev Fransa prezidenti ilə görüşüb

16:23 Paşinyan Qarabağda müharibə riski haqda: “Rusiya imkan verməz“

16:16 Qazaxstanda Olimpiya çempionu qətlə yetirildi

16:12 Səmranın açıq-saçıq səhnələrlə dolu olan klipi

15:47 “Çevriliş cəhdinə aid çox önəmli dəlillər əldə etmişik“

15:42 Bakıda ağır qəza: ölən var

15:37 Azərbaycan komandası stolüstü tennis üzrə Avropa çempoionatının qalibi oldu

15:32 DESFA-nın səhmlərinin 66%-i 535 mln. avroya satılıb

15:26 General Qasim Süleymaninin həyata keçirəcəyi qanuni hərbi çevriliş

15:22 AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub, bir nəfər azadlığa buraxılıb

15:17 Putinlə Trampın görüşməyi üçün 4 milyon dollar xərclənib

15:09 Skripal ailəsini zəhərləyənlər Britaniyanı tərk edib

15:05 Prezident Sercio Mattarellanın Azərbaycana səfəri İtaliya mətbuatının geniş diqqət mərkəzindədir

14:55 Azərbaycan prezidenti Fransa Milli Assambleyasının sədri ilə görüşüb

14:47 Tanzaniyadan Azərbaycana məhsul idxalı 91 faiz azalıb –Statistika

14:42 “WhatsApp”, “Facebook” və “Telegram” ən təhlükəli əlavələr siyahısına daxil olub –Reytinq

14:27 “Ukrayna dairəsi“ndə nəqliyyatın hərəkəti bərpa olunub

14:22 «Rusiyalılar Putin-Tramp danışıqlarını gizlicə yaza bilərlər» – ABŞ kəşfiyyatnın başçısı

14:17 Murakamidən ingiliscə yeni roman gəlir

14:13 “MTN işi“ndə zərərçəkən iş adamı həbs edilib - O, 5 nəfəri biznes qurmaq adı ilə aldadıb

14:05 “Azeri Light”ın bir bareli 74,64 dollara satılır

13:55 Məhkəmə AXCP-nin gənc üzvünü azadlığa buraxmadı –“Tam islah olunmayıb”

13:47 “Heç bir ABŞ prezidenti Rusiyaya qarşı mənim qədər sərt olmayıb”

13:38 Mənsimovun gəmilərində etirazlar başladı

13:33 Moskva-Bakı mikroavtobusu qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb

13:27 “İşğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyət göstərən 177 hüquqi şəxs aşkarlanıb”

13:22 Hava gəmilərində istifadə edilən cihazları Azərbaycandan çıxaranlar tutuldu

13:17 Türkiyə Zap, Avaşin və Xakurkda əməliyyatlara başladı

13:13 Avropa Birliyi Ermənistan üçün “Marşal planı” hazırlayır

13:09 Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

13:05 Yaponiyada yağan yağışlar 217 nəfəri öldürdü

12:34 Sabaha olan hava proqnozu açıqlanıb

12:30 Məşhur kanal rəhbəri qızına təcavüz edibmiş

12:26 MDB ölkələrinin DİN rəhbərləri Azərbaycanın 1-ci vitse-prezidenti ilə görüşüblər

12:22 “Dünya təhlükəsizliyinə təhdidlərin forma və üsulları daha mürəkkəb, təhlükəli xarakter alır”

12:13 “Rusiya iqtisadiyyatı 2060-cı ilədək böhrandan çıxmayacaq” – Təhlil

12:09 YAP qərargahında jurnalistlərlə görüş keçirilib

12:07 Beyləqan pambıqçıları pulunu ala bilmir - İnam Kərimova müraciət

12:05 51 azərbaycanlı məcburi qaydada Almaniyadan deportasiya edilib

11:50 Koçaryan iyulun 26-da dindiriləcək

11:42 “Azərbaycan dövləti gənclərə güvənir“

11:38 “İndi hər kəs sosial şəbəkə vasitəsilə mətbuatın bir hissəsinə çevrilib”

11:34 “Avropalı müttəfiqlərini başa düşmək üçün Tramp müdrik olmalıdır"

11:30 “Səba” istehlakçılara müraciət edib

11:22 İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə də görüşüb

11:17 Ərzaq tədarükü ilə bağlı 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb –Açıqlama

11:12 “Bozbash pictures” vida etdi

11:05 Əsəd Hələbi Ankaranın nəzarətinə verir – Şok iddia

10:55 Bakıda parkdan 72 ədəd fəvvarə stəkanı oğurlanıb

10:46 Prezident İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb

10:42 Bakıda 3 yaşlı uşağın 6-cı mərtəbədən düşərək ölməsinə görə cinayət işi başlanıb

10:37 “Şəhəri bilməyənlər torpağı bölüşdürüb satdılar”

10:33 Yaxşı alver üçün supermarketlərə nə vacibdir?

10:22 Sahibkarlar Zakir Fərəcovdan şikayətçidir – “Dedi ki, sənin nəslində bir kişi yoxdur…”

10:17 Futbolumuzda nə baş verir? - Oliqarxlar klubların pullarını azaldıblar

10:13 Bakıda mikroavtobus yük maşınına çırpıldı - 10-dan çox yaralı var

10:09 Bu günə olan məzənnələr – RƏSMİ

10:05 Bakının Baş planını amerikalılar cızacaq

19 İYUL 2018

23:59 İyulun 21-dən Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq



loading...
“Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib
Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman hər şeyi açdı

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, "Şaman. Təbiət qüvvələri oyananda" kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016