Türkiyə mediasında yayımlanan görüntülərdə bir qrup türk əsgəri Xocalı soyqırımı üçün intiqam andı içib.
“A24.az”ın məlumatına görə, qarlı havada dağın başında toplaşan üzü maskalı türk əsgərləri əvvəlcə Xocalı qətliamında vəfat edənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra əsgərlər “Dostlar, 1992-ci ildə Xocalıda ermənilər 613 sivil, məsum analarımızı, bacılarımızı, türk qardaşlarımızı qətlə yetiriblər. İnşallah, Allah bir gün onların qisasını almağı bizə nəsib eləyər, Amin!” deyərək and içiblər.
MilliYol.Az
Digər xəbərlər
loading...