Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu havanın üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir
MilliYol.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu yarımadada gecə 10-12°, gündüz 14-16°, Bakıda gecə 10-12°, gündüz 14-16° isti olacaq.
Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Temperaturun gecə 6-11°, gündüz 15-18°, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacağı gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...