Trabzonda sosial şəbəkə üzərindən mübahisə edən və ardından görüşən universitet tələbələri olan qızlar dava edib. Həmin davanı, qızlardan biri çəkərək, sosial şəbəkədə paylaşıb. Döyüşə qarışan 5 universitet tələbəsi olan gənc qızlar nəzarətə alındı.
Day.Az "Milliyet"ə istinadən bildirir ki, Qaradəniz Tekniki Universitetinin fərqli quruplarının tələbələri olduğu öyrənilən SH, MY, KT və EK sosial şəbəkə üzərindən mübayisə ediblər. Dava etmək üçün görüş təyin edən və qarşı tərəfi evlərinə çağıran SH və MY öz evlərində KT ilə EK-nı döyüblər.
Bu görüntüləri sosial şəbəkə hesabından paylaşan SH və MY bir müddət sonra polislər tərəfindən saxlanılıb.
Qısa müddət ərzində minlərlə adam tərəfindən paylaşılan görüntülər böyük reaksiya edərkən, nəzarətə alınan tələbələrdən SH sosial şəbəkə hesabından, "Onlar evimizə bizi döyməyə gəlmişdilər, çay dəmləməliydik?". deyə şərh edib.
MilliYol.Az
Digər xəbərlər
loading...