18 yaşlı qız faciəvi şəkildə öldü


Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib

 Lent.az xəbər verir ki, Betonzavod adlanan ərazidə nömrəsiz evdə yaşayan 2000-ci il təvəllüdlü Şahbazova Gülbəniz Niyazi qızı evin hamam otağında dəm qazından boğulub. 

Ailə üzvləri onun zəhərlənməsindən xəbər tutanda artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.
18 yaşlı qız faciəvi şəkildə öldü - Milliyol.az