2040-cı ildə Türkiyə əhalisinin sayı 100 milyona çatacaq


Türkiyə Statistika İnstitutu növbəti 22 il ərzində Türkiyədə əhalinin 100 milyon nəfərədək artacağını proqnozlaşdırır

Proqnozlara əsasən, 2023-cü ilin sonunadək Türkiyə əhalisi 86.907.367 nəfər təşkil edəcək.

Həmin müddətdə İstanbulda 16,3 milyon, Ankarada 6,1 milyon, İzmirdə 4,6 milyon sakinin olacağı gözlənilir.

Qeyd edək ki, 2017-ci ilin yekunlarına əsasən, ölkə əhalisi 80,8 milyon nəfərə bərabər olub.

MilliYol.Az
2040-cı ildə Türkiyə əhalisinin sayı 100 milyona çatacaq - Milliyol.az