32 yaşlı azərbaycanlı müğənnidə xərçəng aşkarlandı (FOTO)

Müğənni Zeynəb Həsənidə xərçəng xəstəliyi aşkarlanıb.

MilliYol.Az xəbər verir ki, o, hazırda Türkiyədə əməliyyat olunur. İfaçı özü də "Instagram" hesabında xəstəliyi barədə məlumat verib:

“Allahın izni ilə sən mənə yox, mən sənə qalib gələcəm”.

Qeyd edək ki, müğənninin anası Əminə xərçəngdən vəfat edib. Zeynəb Həsəninin 32 yaşı var.