39 yaşlı kişi intihar edib


Kürdəmir sakini intihar edib

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Xırdapay kəndində baş verib. Kənd sakini, 1979-ci il təvəllüdlü Xalid Samir oğlu İsmayılov özünü yaşadığı evin həyətyanı sahəsində asıb.

X. İsmayılovun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.