5 ölkənin deputatları Bakıda futbol oynayacaq


Martın 9-11 tarixlərində Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və parlamentin dəstəyi ilə ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək

AzVision.az-ın məlumatına görə, futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub.

Martın 9-da Milli Məclisdə futbol yarışının püşkatma mərasimi keçiriləcək və memorandum imzalanacaq.
5 ölkənin deputatları Bakıda futbol oynayacaq - Milliyol.az