6 qazaxıstanlı tələbə Misirdə itkin düşüb


Qazaxıstanın 22-24 yaşlı altı vətəndaşı dil kurslarında təhsil almaq üçün Misirə gedib və yoxa çıxıb

MilliYol.Az "Sputnik"-ə istinadən məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov məlumat verib.

Belə ki, Abılay xan adına Universitetin iki magistrantı iyulun 11-də iki aylıq dil kurslarını keçmək üçün Qahirəyə gəlib.

"İyulun 20-də onlarla əlaqə kəsilib. 1993-1995-cu il təvəllüdlü cavanların altısı da itkin düşüb", - A.Jaynakov bildirib.

Onun sözlərinə görə, qazaxıstanlı diplomatlar gənclərin axtarışına başlayıblar. Qazaxıstan səfirliyi Misir Xarici İşlər Nazirliyinə onların yerlərinin təyin edilməsində yardım göstərilməsi xahişi ilə nota göndərib.

MilliYol.Az
6 qazaxıstanlı tələbə Misirdə itkin düşüb - Milliyol.az