66 yaşlı Ağdam sakini özünü asaraq intihar edib


Ağdam rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Quzanlı qəsəbəsində məcbir köçkünlər üçün olan yaşayış massivində baş verib

Rayonun Boyəhmədli kənd sakini, 1952-ci il təvəllüdlü Cəbiyev Hikmət Araz oğlu həmin qəsəbədəki 472 saylı evin həyətində özünü ağacdan asıb. Yaxınları onun meyitini asılmış vəziyyətdə aşkar ediblər.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. (“Trend”)

MilliYol.Az
66 yaşlı Ağdam sakini özünü asaraq intihar edib - Milliyol.az