ABŞ Cənubi Koreyaya 12 “F-16” qırıcı göndərir


ABŞ Şimali Koreyanın qitələrarası ballistik raket buraxmasına cavab olaraq Cənubi Koreyaya 12 “F-16” qırıcı göndərəcək

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə avqustun 1-də ABŞ Hərbi Hava Qüvvələrinin Sakit Okean üzrə komandanlığı bildirib.
Təyyarələr və Viskoni ştatında dislokasiya olunan 176-cı qırıcı eskadriliyasının 200-ə yaxın hərbçisi avqustdan başlayaraq 4 ay ərzində Seuldan 180 km aralı Kunsan aviabazasında yerləşdiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya qitələrarası “Xvason-14” adlı ballistik raketi uğurla sınaqdan çıxardığı haqqında məlumat yayılmışdı. Raket 681 km yüksəkliyə qalxaraq 732 km məsafə qət etdikdən sonra Yapon dənizinə düşüb.

MilliYol.Az
ABŞ Cənubi Koreyaya 12 “F-16” qırıcı göndərir - Milliyol.az