ABŞ-da məktəbdə atışma olub – Bir şagird yaralanıb

ABŞ-ın Şimali Karolina ştatındakı məktəblərdən birində baş verən atışma nəticəsində bir tələbə yaralanıb

Bu barədə “Report” “RİA Novosti”yə istinadən məlumat verir.

Hadisə səhər saatlarında Metyus şəhərindəki məktəbdə baş verib.

Polisin verdiyi məlumata görə, yaralı şagird xəstəxanaya yerləşdirilib, onun yarasının xarakteri hələlik məlum deyil. İnsidentlə bağlı başqa bir məktəbli saxlanılıb.

MilliYol.Az

ABŞ-da məktəbdə atışma olub – Bir şagird yaralanıb - Milliyol.az