ABŞ-da növbəti qanlı olay: Tələbələr güllələndi


ABŞ-ın Miçiqan ştatında yerləşən Mərkəzi Miçiqan Universitetində silahlı atışma baş verib

Axar.az xəbər verir ki, ilkin məlumatda 2 nəfərin olay zamanı yaralandığı bildirilib.

Cinayətkar isə hadisə yerindən qaçıb.

Şahidlərin sözlərin görə, olayı törədən şəxs qaradərilidir. Polis həmin şəxsin axtarışlarına başlayıb.

Qeyd edək ki, son aylarda ABŞ-ın təhsil ocaqlarında bənzər qanlı olaylar səngimir.
ABŞ-da növbəti qanlı olay: Tələbələr güllələndi - Milliyol.az