ABŞ-da Tramp əleyhinə aksiyalar keçirilir


ABŞ-da prezident Donald Trampın immiqrasiya siyasətinin əleyhinə yüzlərlə kütləvi etiraz aksiyaları təşkil olunub

 APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, fksiyalar Boston, Vaşinqton, Denver, Nyu-York və Dallasda təşkil olunub.

Etirazçılar sərhəddə saxlanılan qanunsuz miqrantların uşaqlarının valideynlərinə qaytarılmasını tələb edirlər.   

Bundan əvvəl Vaşinqton polisi Tramp əleyhinə qanunsuz aksiyaya qatılmış 575 etirazçını saxlayıb.  
ABŞ-da Tramp əleyhinə aksiyalar keçirilir - Milliyol.az