ABŞ Federal Ehtiyat Sisteminə yeni rəhbər təyin edilib


ABŞ Senatı Cerom Paueli Amerikanın Mərkəzi Bakı hesab edilən Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsində təsdiqləyib

MilliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, sərmayəçi bankir Cerom Pauel əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildən FES İdarə Heyətinin üzvü olub.

Cerom Pauel FES rəhbəri vəzifəsində Canet Yelleni əvəzləyəcək.

D.Tramp seçkiqabağı kampaniyası dövründə FES-i və şəxsən Canet Yelleni Barak Obama administrasiyasının təsirinə məruz qalaraq, baza uçot dərəcəsini süni şəkildə aşağı həddə saxlamaqda ittiham edib.

MilliYol.Az
ABŞ Federal Ehtiyat Sisteminə yeni rəhbər təyin edilib - Milliyol.az