ABŞ generalı YPG düşərgəsinə gəldi – “İŞİD-ə qarşı mübarizə başa çatdı…”


ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) komandanı, general Cozef Votel Suriyanın Rakka şəhərindəki YPG düşərgələrini ziyarət edib

Axar.az xəbər verir ki, bu barədə İŞİD-ə qarşı koalisiyanın sözçüsü Bret Makqark Tvitterdə foto paylaşıb.

Sözügedən ziyarətin Türkiyənin Afrində YPG-yə qarşı əməliyyatlar apardığı bir vaxtda gerçəkləşməsi şübhə doğurub.

Votel isə açıqlamasında “İŞİD-ə qarşı mübarizə başa çatdı, lakin hələ Rakkada işimiz bitməyib”, – deyib.

ABŞ generalı YPG düşərgəsinə gəldi – “İŞİD-ə qarşı mübarizə başa çatdı…” - Milliyol.az