ABŞ İranın daha 20 şirkət və maliyyə qurumuna sanksiya tətbiq edib

ABŞ İranın daha 20 şirkəti və maliyyə qurumuna sanksiya tətbiq edib

Məlumatı ABŞ-ın Maliyyə Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, sanksiya tətbiq edilən qurumlar İran İnqilab Keşikçiləri Qvardiyasının tərkibinə daxil olan yarımhərbi “Bəsic” təşkilatının maliyyələşdirilməsində iştirak ediblər.

ABŞ-ın “qara siyahıya” düşən maliyyə qrupları, sərmayə şirkətləri, bankların mərkəzi ofisləri İranda yerləşir.(Report)

MilliYol.Az