ABŞ İsraildəki səfirliyini 2018-ci ilin may ayında Qüdsə köçürməyi planlaşdırır


Fevralın 23-də ABŞ Dövlət Departamenti bu ölkənin İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə planlarını elan edib

Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar may ayında Qüdsdə ABŞ səfirliyinin yeni binasının açılmasını planlaşdırır. 

Bu hadisə İsrailin müstəqilliyinin 70 illiyi ilə eyni vaxtda düşür. Səfirlik əvvəlcə Arnon rayonundakı müasir binada yerləşəcək. Hazırda həmin binada ABŞ-ın Qüdsdəki baş konsulluğu konsul xidmətləri göstərir.(musavat.com)
ABŞ İsraildəki səfirliyini 2018-ci ilin may ayında Qüdsə köçürməyi planlaşdırır - Milliyol.az