ABŞ İsrailin keçirdiyi əməliyyatı alqışladı


ABŞ “Ağ dəbilqəlilər"in və onların ailələrinin xilas edilməsi əməliyyatını alqışlayır

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

“Biz şadıq ki, minlərlə insanı xilas edən bu cəsur könüllülər artıq təhlükəsiz şəraitdədir”, - deyə bildirilib.

Qeyd edək ki, İsrail ABŞ, Kanada və bir sıra Avropa ölkələrinin istəyi ilə Suriyada humanitar xilasetmə əməliyyatı keçirib.

MilliYol.Az
ABŞ İsrailin keçirdiyi əməliyyatı alqışladı - Milliyol.az