ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə qadın rəhbərlik edəcək


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) tarixdə ilk dəfə qadın rəhbərlik edəcək

Bu barədə ABŞ Prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

MKİ-nin keçmiş rəhbəri Mayk Pompeo ABŞ-ın dövlət katibi təyin olunduqdan sonra onun yerinə müavini Cina Haspel təyin olunub.

Qeyd edək ki, D.Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən azad edib. (trend)
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə qadın rəhbərlik edəcək - Milliyol.az