ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb


ABŞ Dövlət Departamenti Amerika səfirliyinin Qüdsə köçürüləcəyi tarixi açıqlayıb

Dövlət Departamenti köçürmənin 2018-ci ilin may ayında baş tutacağı barədə məlumat yayıb.

Səfirliyin İsrail Dövlətinin 70-illiyi ilə eyni tarixdə açılacağı qeyd olunur.

Xatırladaq ki, ötən ilin dekabr ayında ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib. (trend)
ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb - Milliyol.az