ABŞ Şimali Koreyaya zərbə planı hazırlayır!


«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya Xalq Demokratik Respublikasına (KXDR) zərbə endirmək planı üzərində işləyir

Özəl mənbələrinə istinadla, «Deyli Teleqraf» qəztinin yazdığına görə, Ağ Ev son aylar bu istiqamətdə işləri sürətləndirib.

Nəşrin məlumatına görə, prioritet hədəf kimi Pxenyanın raket atışları keçirdiyi start meydançası və silah anbarları seçilə bilər.

Noyabrın sonlarında Şimali Koreya elan etmişdi ki, onun yeni raketi ABŞ ərazisinin ixtiyari nöqtəsinə nüvə zərbəsi endirə bilər.


MilliYol.Az
ABŞ Şimali Koreyaya zərbə planı hazırlayır! - Milliyol.az