ABŞ üçün ən böyük təhdid Rusiyadır - General


Rusiya, İran, Çin və Şimali Koreya Amerika üçün təhdiddir

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələri Qərargahlar Birliyinin rəhbəri general Cozef Danford söyləyib.

Onun sözlərinə görə, Rusiya bu dövlətlər içərisində ən təhlükəlisidir və Vaşinqtona təhdid yaratmaq üçün daha böyük hərbi potensiala sahibdir. Danford Rusiyanın böyük nüvə potensialı olduğunu bildirib. General həmçinin ABŞ-ın Şimali Koreya ilə müharibəyə hazır olması gərəkdiyini söyləyib.

MilliYol.Az
ABŞ üçün ən böyük təhdid Rusiyadır - General - Milliyol.az