Abşeronda 25 yaşlı ana iki uşağı ilə birlikdə itkin düşüb


Abşeron rayonu, Saray qəsəbəsində ana iki körpə övladı ilə birlikdə itkin düşüb

Polisə müraciət edən qadının qohumları 1993-cü il təvəllüdlü Azadə Hüseynovanın 3 yaşlı qızı Aynur və 1 yaşlı oğlu Elnurla birlikdə evdən çıxıb, bir daha geri qayıtmadıqlarını bildiriblər.

Rayon Polis İdarəsinin əməkdaşları axtarış tədbirlərini davam etdirirlər.

MilliYol.Az
Abşeronda 25 yaşlı ana iki uşağı ilə birlikdə itkin düşüb - Milliyol.az