Abşeronda baş vermiş yanğında 64 yaşlı kişi dünyasını dəyişib


Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 25 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb

FHN-dən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1954-cü il təvəllüdlü Əlövsətov Əlövsət Məmməd oğlunun cəsədi aşkar olunub.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

MilliYol.Az
Abşeronda baş vermiş yanğında 64 yaşlı kişi dünyasını dəyişib - Milliyol.az