Acun uşaqlıq fotosunu paylaşdı, qardaşından ayıra bilmədilər


Məşhur teleaparıcı və prodüser Acun İlıcalı sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, qardaşı Ömer Cenker İlıcalı ilə birlikdə çəkilmiş şəklinə prodüser “Soldakı qardaşım, sağdakı mənəm” şərhini yazıb. Lakin izləyicilər Acunla qardaşını bir-birindən ayırmaqda çətinlik çəkdiklərini bildiriblər. 

A.İlıcalının #tbt haştaqı ilə paylaşdığı fotosu 13 saatda 120 min nəfər izləyici tərəfindən bəyənilib. 

Qeyd edək ki, Acun sentyabrda qızının anası Şeyma Subaşı ilə nikah masasına oturmağa hazırlaşır. 



MilliYol.Az