Afrində 35 məntəqə azad edildi


Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində “Zeytun budağı” hərəkatını davam etdirir

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatların 17-ci günündə döyüşlər zamanı 23 terrorçu öldürülüb, Raco bölgəsinin Surki kəndi azad edilib.

Bununla da əməliyyatlar zamanı zərərsizləşdirilən terrorçuların sayı 970-ə çatıb.

Ümumilikdə 17 gün ərzində türk ordusu 22 kəndi və 35 məntəqəni terrorçulardan təmizləyib.