Aİ və Azərbaycan daha bir layihə həyata keçirir


"Avropa İttifaqı (Aİ) və Azərbaycan statistika sahəsində daha bir layihə həyata keçirir"

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

"Azərbaycan Dövlət Statistika Komitəsinə milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması üzrə Dəstək" tviniq-layihəsinin yekunlaşması münasibətilə keçirilən tədbirə qatılan nümayəndə bildirib ki, bu layihə Azərbaycanın milli statistika sisteminin Avropa standartlarına yaxınlaşmasına kömək etdi.

O qeyd edib ki, Aİ iqtisadiyyatın diversifikasiyası və yol xəritələrinin realizəsi üçün etibarlı və kompleks statistik sistem işində uğurlara nail olmaq üçün bundan sonra da Azərbaycana dəstək göstərməyə hazırdır.(trend)

MilliYol.Az