Almaniyada əməliyyat: İŞİD üzvü saxlanıldı


Almaniyada keçirilən əməliyyat zamanı İŞİD terror təşkilatının üzvü olduğu ehtimal edilən şəxs saxlanılıb

Trend-in məlumatına görə, əməliyyat Almaniya Baş Prokurorluğunun tələbi ilə Saksoniya federal torpağında keçirilib.

Əməliyat əsnasında 22 yaşlı Suriya vətəndaşı A.A.İsmayılın mənzilində axtarış aparılıb.

Saxlanılan şəxs İŞİD terror təşkilatının təbliğ edilməsində ittiham olunur.

A.A.İsmayılın bu gün məhkəmə qarşısına çıxarılacağı bildirilir.
Almaniyada əməliyyat: İŞİD üzvü saxlanıldı - Milliyol.az