Almaniyada İran XİN başçısının uçacağı aerobusa yanacaq vermək istəmədilər


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin uçacağı təyyarəyə Almaniyanın Münhen şəhərində yanacaq verməyiblər

Hadisə fevralın 16-18-də onun Münhen Təhlükəsizlik Konfransından İrana qayıtması zamanı qeydə alınıb.

Münhen hava limanındakı yanacaqdoldurma məntəqəsi ABŞ-ın sanksiyası ilə üzləşəcəklərindən ehtiyat etdiklərindən iranlı naziri aparacaq aerobusu yanacaqla təmin etmək istəməyiblər. Sonradan məsələ aydınlaşıb. Almaniya ilə İran arasında yaranacaq siyasi qalmaqalın qarşısı alınıb.

MilliYol.Az
Almaniyada İran XİN başçısının uçacağı aerobusa yanacaq vermək istəmədilər - Milliyol.az