AMEA-nın Ümumi yığıncağının vaxtı açıqlandı

Aprelin 22-də keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının vaxtı dəyişdirilib.

Bu barədə MilliYol.az-a AMEA Rəyasət Heyətindən məlumat verilib.

Qeyd olunub ki, yığıncaq aprelin 27-də baş tutacaq.

Yığıncaqda Akademiyanın yeni prezidentinin seçiləcəyi gözlənilir.

 

AMEA-nın Ümumi yığıncağının vaxtı açıqlandı - Milliyol.az