Amerikalı konqresmen Trampı aşağılayıb! - «Putinin pudeli»


Amerikalı konqresmen-demokrat Eliot Encel Prezident Donald Trampı «Putinin pudeli» (pudel – yumşaq tüklü dekorativ otaq iti) adlandırıb

Konqresmen bu sözləri nümayəndələr palatasının növbəti iclasında səsləndirib. O, bildirib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidentinə bütün dünya baxır. Bu zaman açıq-aşkar görsənir ki, o, Putinin üzüyola əlaltısına çevrilib.

«Bu, sadəcə, hiddət doğurur, təhlükəli və iyrəncdir, həm də hamı tərəfindən pislənir» – deyə, konşresmen bəyan edib.

Bundan əvvəl, Kaliforniyanın sabiq qubernatoru Arnold Şvartseneqqer Helsinki mətbuat konfransındakı Trampı Putinin yanında «turşumuş kiçik makaron qırığı» ilə müqayisə edib.


MilliYol.Az
Amerikalı konqresmen Trampı aşağılayıb! - «Putinin pudeli» - Milliyol.az