“Apple” “iPhone”un ləngiməsini söndürməyə imkan verəcək

"iOS 11" əməliyyat sisteminin növbəti yenilənməsi istifadəçiyə prosessorun ləngiməsi funksiyasını sərbəst olaraq söndürməsinə imkan verəcək

Lent.az-ın “The Verge” nəşrinə istinadən məlumatına görə, “Apple” korporasiyasının rəhbəri Tim Kuk bildirib ki, insanlar öz telefonlarının akkumulyatoruna sərbəst şəkildə izləyə biləcəklər: “Bu yenilənmə şəffaflıq gətirəcək. Belə bir işi biz hələlik etməmişik”.
 
Onun sözlərinə görə, cihaz istifadəçiləri prosessorun fəaliyyətinin aşağı düşməsi ilə bağlı məlumatlandıracaq: “Bu funksiyanı istənilən zaman söndürmək də mümkün olacaq. Yenilənmə cari ilin mart ayında geniş ictimaiyyətə təqdim ediləcək”.  

“Apple” “iPhone”un ləngiməsini söndürməyə imkan verəcək - Milliyol.az