“Apple” ucuz “iPad” istehsal edəcək


“Apple” şirkəti 9,7 düym ekranlı ucuz “iPad” istehsal edəcək

Trend-in məlumatına görə, bu planşetin qiyməti 259 dollar təşkil edəcək.

Ucuz “iPad”lərin satışına 2018-ci ilin kvartalında başlanılması planlaşdırılır. “Apple” ilk 3 ay ərzində 10 milyon planşetin satışını nəzərdə tutub.

Bu qurğuların potensial alıcısı qismində sənaye sektorunda, eləcə də xidmət sektorunda işləyənlər nəzərdə tutulur.
“Apple” ucuz “iPad” istehsal edəcək - Milliyol.az