Aprel döyüşlərində yaralanan hərbçimiz komadan ayıldı

Aprel döyüşlərində başından güllə yarası alan Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Yaşar Ağayev komadan ayılıb.

Bu barədə azvision.az-a hərbçinin dayısı Şahlar Ağayev məlumat verib.

“Həkimlər hər şeyin yaxşıya doğru getdiyini deyirlər. Yaşar baş nahiyyəsinən ağır güllə yarası almışdı. Hazırda vəziyyəti yaxşıdır. O, 4 ildir ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir. Ötən gün atası Yaşarla görüşüb”.

"Milli Yol"
Aprel döyüşlərində yaralanan hərbçimiz komadan ayıldı - Milliyol.az