Asiya İnkişaf Bankının nümayəndələri Bakıya gəlir


Sentyabrda Azərbaycana Asiya İnkişaf Bankının (AİB) missiyası səfər edəcək

Trend-in məlumatına görə, “Dövlət idarəetməsinin təkmilləşdirilməsi və dövlət sektorunun səmərəliliyi” layihəsinə alt proqram üzrə missiya sentyabrın 25-dən oktyabrın 2-dək Bakıda olacaq.

Missiyanın məqsədi alt proqrama hazırlıq üçün məlumatların əldə olunmasıdır. AİB alt proqram çərçivəsində Azərbaycana 300 milyon dollar ayırmağı planlaşdırır.

MilliYol.Az
Asiya İnkişaf Bankının nümayəndələri Bakıya gəlir - Milliyol.az