AŞPA prezidenti postuna cəmi bir namizəd var


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti postuna yalnız bir namizəd var. Bu, italiyalı deputat Mikele Nikolettidir

Bu vəzifəyə cəmi 1 namizəd olduğundan seçkilər keçirilməyəcək. M.Nikolettinin namizədliyinin bu gün AŞPA-nın qış sessiyası çərçivəsində təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, ötən il oktyabrın 6-da Pedro Aqramunt sağlamlığı ilə əlaqədar AŞPA prezidenti vəzifəsindən könüllü istefasını açıqlayıb.

MilliYol.Az
AŞPA prezidenti postuna cəmi bir namizəd var - Milliyol.az