Asteroidlər Yerə yaxınlaşır - TƏHLÜKƏ

Amerika alimləri yaxın bir neçə əsrdə Yerlə üzləşə biləcək asteroidlər barədə məlumat veriblər.

MilliYol.Az istipress-ə istinadən xəbər verir ki,  alimlər ən böyük təhlükənin planetimizdən 18 milyon kilometrədək məsafədə yerləşən səma cisimləri tərəfindən gözlənildiyini bildiriblər. Onların sayı təxminən 300-dür. Lakin asteroidlərin yalnız 23 faizinin hərəkət trayektoriyası qismən Yerlə kəsişir.

Ekspertlərin sözlərinə görə, asteroidlərlə Yer arasındakı məsafə ən azı yeddi milyon kilometr olarsa, potensial təhlükə gözlənilə bilər.

MilliYol.Az