Atatürk hava limanında avtobus təyyarə ilə toqquşub


İstanbulun Atatürk hava limanında sərnişinləri daşıyan avtobus "Türk Hava Yolları"nın təyyarəsi ilə toqquşub

"Anadolu" agentliyinin verdiyi məlumata görə, Qaziantep-İstanbul aviareysini həyata keçirmiş təyyarə park edildikdən sonra sərnişinləri aparmağa gələn avtobus hava gəmisinin ön hissəsinə çırpılıb.

Hər hansı xəsarət qeydə alınmasa da, nəqliyyat vasitələrinə zərər dəyib.

MilliYol.Az