ATƏT sədrinin şəxsi nümayəndəsi erməni nazirlə Qarabağı müzakirə etdi


Ermənistanın müdafiə naziri David Tonoyan bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, görüş zamanı Tonoyan Kasprşikə Dağlıq Qarabağ münaqişəsi zonasındakı ümumi vəziyyət və qoşunların təmas xəttindəki, o cümlədən Ermənistan-Azərbaycan sərhəddindəki şərait barədə məlumat verib.

Həmçinin, Minsk qrupunun həmsədrlərilə keçirilən son görüşdən sonra baş verənlər də müzakirə edilib.

MilliYol.Az
ATƏT sədrinin şəxsi nümayəndəsi erməni nazirlə Qarabağı müzakirə etdi - Milliyol.az