ATV kanalının əməkdaşı koronavirusa yoluxdu

"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) bir əməkdaşı koronavirusa yoluxub.

Unikal.org-un əldə etdiyi məlumata görə, ATV-nin Xəbərlər Departamentinin müxbiri – Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.

O, bu barədə məlumatı saytımıza təsdiqləyib.

Həmçinin, müxbirlə çəkilişdə olan operator Heydər Məmmədov da "Atletlər kəndi"ndə karantinə alınıb.

ATV kanalının əməkdaşı koronavirusa yoluxdu - Milliyol.az